Berlindən Moskvaya qardaş yardımı təklifi


Berlin şəhərinin meri Mixael Müller COVID-19 infeksiyasına yoluxmuş xəstələrin Berlin klinikalarına yerləşdirilməsi ilə bağlı rəsmi Moskvaya təklif göndərib.
Bu barədə Mueller “Tagesspiegel” nəşrinə müsahibəsində deyib.
“Həmçinin təklifimizi qardaş şəhər olan Moskva rəhbərliyinə də göndərdim. Hələ ki heç bir reaksiya yoxdur, əvvəl olduğu kimi yenə də qapımız açıqdır”, - deyə mer bildirib.
 
Qəzet qeyd edir ki, Berlin xəstəxanalarında təxminən 20 min yerdən 8 mini boşdur.
Buna bənzər təklifi mayın 22-də Saksoniyanın Baş Naziri Mixael Kreçmer də edib. “Spiegel” nəşrinə müsahibəsində o, rəsmi Moskva ilə həmrəylik nümayiş etdirərək, Rusiyadan olan koronaviruslu xəstələri Almaniya klinikalarında qəbul etməyə hazır olduğunu deyib.
Qeyd edək ki, pandemiyanın ilk dalğasında Almaniya öz klinikalarına AB-nin bir neçə ölkəsindən, ilk növbədə İtaliya və Fransadan xəstələri qəbul edib.//APA
 

DİGƏR XƏBƏRLƏR

Top