Türkiyədə koronavirusdan bir gündə 32 nəfər ölüb


Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq yoluxmaların gündəlik aşkarlanması və ölüm halları davam edir.

Mayın 24-də ölkə üzrə 24 min 589 nəfər testdən keçirilib. Onlardan 1141 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1092 nəfər sağalıb, 32 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 118 min 694, ölənlərin sayı isə 4 min 340 nəfərə çatıb.

Qeyd edək ki, mayın 23-dən etibarən Türkiyədə növbəti dəfə komendant saatı rejimi tətbiq olunub. COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan qadağalar nəzarətli qaydada tədricən aradan qaldırılır.//Azərtac

DİGƏR XƏBƏRLƏR

Top