
Mingəçevirdə dəhşətli avtomobil qəzası baş verib.
Yeniavaz.com-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, Mingəçevir şəhərində “Şəfa 4 bağlar massivi” adlanan ərazidə avtomobil sürməyi öyrənən qadın sürücünün ehtiyyatsızlığından 17 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bildirilir ki, hadisə şəhər sakini Elnarə Abdullayevanın həyətində baş verib. Qonşularla bayram süfrəsi arxasında oturan zaman anidən “Opel “markalı avtomobil onların darvazasına çırpılıb. Elnarə Abdullayeva yeniavaz.com-un əməkdaşına bildirib ki, hadisəni qonşuluqda yaşayan ailənin xanımı törədib. Həyat yoldaşı qonşu qadına avtomobil sürməyi öyrədirmiş və bu həmin qadın idarəetməni itirərək avtomobili darvazaya çırpıb. Bu zaman darvazanın qarşısında toplanan və əksəriyyəti azyaşlı olan 17 nəfərə yaxın şəxs ciddi bədən xəsarətləri alıblar.
Hadisə şahidinin sözlərinə görə, 5 yaşlı uşağın vəziyyəti daha ağır olub. Qonşular təcili yardım gələnə kimi yaralıları öz avtomobillərilə xəstəxanaya çatdırıblar.



Esmira Hidayətova, Mingəçevir