Putinin Ramazan bayramı haqqında dedikləri...


Rusiya prezidenti Vladimir Putin Rusiyada yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, Rusiya prezidentinin təbriki “kremlin.ru” saytında yayımlanıb.
Təbrik müraciətində Vladimir Putin qeyd edib ki, Müqəddəs Ramazan ayının bitməsini qeyd etməyin  xüsusi mənəvi mənası var: “Mənəvi təmizlənmə, özünü inkişaf etdirmək üçün yeni əvəzolunmaz təcrübə əldə etmək. Əsrlər boyu onu təkcə dua ilə deyil, həm də köməyə və qayğıya ehtiyacı olanlara diqqətin təzahürü ilə qeyd etmək adətdir. Qeyd edirəm ki, Rusuyada İslam tərəfdarları atalarının və babalarının tarixi, mədəni, dini ənənələrinə böyük hörmətlə yanaşaraq, gənc nəsillərə onlara tanıtdırırlar. Rusiyanın müsəlman icması ölkənin həyatında fəal iştirak edir, cəmiyyətdə beynəlxalq sülhün və vətəndaş harmoniyasının qorunmasına, ailə institutunun möhkəmlənməsinə və gənclərin maariflənməsinə əvəzsiz töhfələr verir. Əlbətdə ki, bu gün təhlükəli bir xəstəliyin yayılması şəraitində müsəlman ruhanilərin, dini qurumların, ölkənin bütün müsəlmanlarının məsuliyyətli humanitar, xeyriyyəçilik missiyası yüksək tələb olunur, insanların həyat və sağlamlığının qorunmasına xidmət edir".
 

DİGƏR XƏBƏRLƏR

Top