İtaliyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi


İtaliyada COVİD-19 pandemiyası səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com İHA-ya istinadla xəbər verir ki, İtaliyada son sutkada 130 nəfər yeni npv koronavirus səbəbilə dünyasını dəyişib. Beləcə ölkədə ölənlərin ümumi sayı 32 min 616-ya çatıb. 3 aydır pandemiyadan əziyyət çəkən İtaliyada koronavirusa yoluxanların sayı isə 228 min 658 nəfər olub. Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, COVİD-19-dan sağalıb evə buraxılanların sayı 136  min 720 nəfərdir. 

DİGƏR XƏBƏRLƏR

Top