Bir tərəfdən parlaq, sağlam saçlar, digər tərəfdən tökülən və keçəl olan saçlar...Minlərlə insan saç tökülməsi və keçəlliklə mübarizə aparmağa çalışır. Bu zaman kosmetik məhsullardan və ya digər üsullardan istifadə edirlər. Lakin araşdırmalara görə təbii orqanik olan meyvə və tərəvəzlər saç tökülməsini müalicə edir və keçəlləşmənin qarşısını alır.
Yeniavaz.com sözügedən qidaları təqdim edir:
Naringi ( Mandalin) - Tərkibindəki C vitamini sayəsində saçları qidalandıran və gücləndirən kollagenin istehsalına kömək edir. Bundan başqa B vitaminləri də saçların daha sürətli böyüməsinə kömək edir, saç tökülməsini azaldır və ağarma prosesini yavaşladır. Sağlam saçlar üçün hər gün 2-3 naringi istehlak etmək tövsiyyə olunur.
Yerkökü - B və A vitamini ilə oluqca zəngin bir qidadır. Bu vitaminlər sayəsində saçları qoruyur və onlara parıltı bəxş edib kökündən gücləndirir.
Yumurta - Bədəndə biotinin çatışmazlığı saçın qırılmasına və baş dərisindəki kəpəklərin yaranmasına səbəb olur. Yumurtanın tərkibində isə yüksək miqdarda biotin var. Biotin suda həll olunan B vitaminidir. Yumurta eyni zamanda ən yaxşı protein mənbəyidir. Hər gün 1 yumurta istehlak etmək orqanizm üçün faydalıdır.
Kahı və ispanaq - Kahı və ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər K və C vitaminləri, o cümlədən kalsiumla zəngindir. Bu da saçların sağlam və güclü olmasına kömək edir. Həmçinin tərkibində su çox olduğu üçün saçı nəmləndirərək daha yumşaq olmasını təmin edir. İspanaq saç dərisinin sağlamlığını qoruyur. Kəpək və göbələk kimi problemlərin yaranmasına mane olur.
Yulaf – Lif, “Omega-3”lə olduqca zəngindir. Buna görə də saçın tez və sağlam uzanmasını təmin edir. Yulafı südlə bişirdikdən sonra üzərinə meyvə, qoz-fındıq və darçın əlavə edib səhər yeməyində istehlak edə bilərsiniz.
Yaşıl noxud – Yaşıl noxud A, C, K B2 və B6 vitaminləri, folat, sink, maqneziumla zəngdir. Əgər saçlarınız tökülürsə, yaşıl noxuda üstünlük verməkdə fayda var. Xüsusən tərkibindəki B vitamini sayəsində saçların uzanmasını sürətləndirir, saçın diblərinin nəfəs almasına şərait yaradır.
İlahə Hüseynova