Pakistandakı təyyarə qəzasından sağ qurtulan sərnişin: "Kəməri açıb özümü aşağı atdım"


 
Pakistanın Karaçi şəhərində qəzaya uğrayan təyyarədən sağ qurtulan iki nəfərdən biri Məhəmməd Zübair hadisə barədə danışıb.
 Yeniavaz.com "habertürk"ə istinadla xəbər verir ki, Məhəmməd Zübeir Ramazan bayramı tətili üçün Karaçiya getdiyini bildirib: "Lahor hava limanından yenicə ayrılmışdıq. İki-üç dəfə sarsıntı hiss etdik. Biraz uçduqdan sonra mənə elə gəldi ki, hansısa problem var və pilot təyyarəni endirmək üçün yer axtarır. Bir müddət sonra isə ətrafda görə bildiyim yeganə şey duman və alov idi. Hər yerdən qışqırıq səsləri eşidirdim. Kəməri açdım və azacıq gördüyüm işığa tərəf irəlilədim. Sonra təxminən 3 metr yüksəklikdən özümü aşağı atdım. Ətafdakı şəxslər məni görüb təcili xəstəxanaya çatdırdılar". Qeyd edək ki, hadisə nəticəsində təyyarədə olan 99 nəfərdən 97-si dünyasını dəyişib. İki nəfər isə yaralı halıda xəstəxanada müalicə alır. Təyyarənin düşdüyü yaşayış məntəqəsində isə 25 binanın zərər gördüyü bildirilib.
 
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top