"Alov qüllələri" yaxınlığında yanğın xəbərləri ilə bağlı FHN-dən AÇIQLAMA


"Bəzi saytlarda Bakıda "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə məlumatlar həqiqəti əks etdirmir".

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva apa-ya açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan video və fotolar bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.

DİGƏR XƏBƏRLƏR

Top