Koronavirus yayılandan bu hadisə Çində ilk dəfə baş verdi


Çində yeni növ koronavirus tamamilə sona çatmaq üzrədir.
Yeniavaz.com "sözcü"yə istinadla xəbər verir ki, Çinin Səhiyyə Nazirliyi COVİD-19 yayılmağa başladığı vaxtdan bu günə qədər ilk dəfə son 24 saatda Çində koronavirusa simptomlu yoluxma və ölüm halının baş vermədiyini açıqlayıb. Ancaq, ölkədə asimptomatik yoluxma halları hələ də davam etməkdədir. Belə ki, son rəqəmlərə görə, Çində 28 belə hal qeydə alınıb. Hazırda Uhanda yaşayan bütün vətəndaşlara koronavirus testindən keçmək tövsiyyə edilir. Qeyd edək ki, bu günə qədər dünyada 340 min 75 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 5 milyon 307 min 412 nəfər həmin xəstəliyə yoluxub, 2 milyon 160 min 592 nəfər isə sağalaraq evə buraxılıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top