Ağ Evin keçmiş işçisi koronavirusdan öldü


Ağ Evdə 11 prezidentlə bərabər işləmiş Uilson Ruzvelt Cermanın koronavirusdan dünyasını dəyişdiyi nəvəsi Şanta Teylor Qey tərəfindən açıqlanıb.
Yeniavaz.com
“DHA” agentliyinə istinadən xəbər verir ki, Cerman 2012-ci ilə kimi Ağ Evdə fəaliyyət göstərib.
Uzun müddət  Ağ Evdə işləmiş Cerman, prezident Obamanın vaxtında təqaüdə çıxıb. Keçmiş məmur bir neçə gün əvvəl 91 yaşında koronavirusdan dünyasını dəyişib. 
Cerman 1957-ci ildə prezident Dvayt D. Eyzenhauerin vaxtında təmizlik işçisi kimi fəaliyyətə başlayıb. Con F. Kennedinin vaxtında “xidməti işçi” vəzifəsinə gətirilib. 
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top