
"Məclislərin, toyların keçirilməsi iyun ayı ərzində məqbul hesab olunmur".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, mövcud epidemik vəziyyət buna imkan vermir: "Hazıra 10 nəfərin kütləvi toplanması bilirsiniz ki, qadağandır. Bunun obyektiv real tibbi epidemioloji səbəbləri var. Ona görə də vətəndaşlarımıza bu cür tədbirləri iyun ayı ərzində tövsiyyə etmirik".
Ruslan Yusibov
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                