Azərbaycanda koronavirusdan ölən həkimin FOTOSU


Gəncədə koronavirusa yoluxmuş cərrah dünyasını dəyişib.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 
O bildirib ki, bu gün vəfat edənlərdən biri, 1962-ci il təvəllüdlü xəstə Gəncə şəhərində fəaliyyət göstərən həkim olub: “Həmkarımızın şəkərli diabet, hipertoniya kimi yanaşı xəstəliyi olub. Aprelin 30-da xəstəxanaya daxil olub və müalicəsinə başlanılıb. 681 nəfər tibb işçisi koronavirusa yoluxub. Bu, ümumi yoluxmanın 18 faizidir. Əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, 4 həkim vəfat edib”. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin həkim Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Sürət Abbasovdur. Müalicə olunmasına baxmayaraq həkim Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinin birində ölüb. 

DİGƏR XƏBƏRLƏR

Top