İtaliya Baş nazirinə iclas zamanı sərt reaksiya: “Maska tax!” - VİDEO


Parlamentin koronavirusla (COVID-19) bağlı təşkil olunmuş iclasında çıxışı zamanı İtaliyanın baş naziri Cuzeppe Konteni öskürək tutub.
Yeniavaz.com “DHA” xəbər agentliyinə istinadən xəbər verir ki, iclasda iştirak edən müxalifət nümayənədələri ona “Maska tax!” deyərək reaksiya veriblər.
Öskürək tutduğu üçün nitqini dayandıran Konte, kürsüyə qoyulmuş sudan içərək çıxışını davam etdirmək istəyib. Amma yenə də öskürməyə davam edib. Bu səbəbdən də konte, “Nitqimi bitirirəm, boğazımda problem var“ deyərək çıxışını dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top