Trampın mətbuat konfransına maskasız çıxması mübahisəyə səbəb olub


Tramp ölkədə koronavirusun ikinci dalğası başlasa belə iqtisadiyyata mənfi təsir etməyəcəyini bildirib. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, xəstəliyin hər gün daha çox artmasına baxmayaraq Trampın bu açıqlaması yenə də səs-küyə səbəb olub.
Digər bir mübahisə də prezidentin maska taxmadan mətbuat konfransına çıxması olub. Trampın "maskaya ehtiyac yoxdur" deməsi onun barəsində sərt iddihamlara səbəb olub.
Xatırladaq ki, bu günə kimi Amerikada koronavirus səbəbindən 100 minə yaxın insan dünyasını dəyişib. 1 milyon 600 mindən çox insan isə virusa yoluxub. 
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top