ABŞ-da 2 günlük körpə COVID-19-dan öldü


ABŞ-da yeni doğulan körpə koronavirusdan dünyasını dəyişib.
Yeniavaz.com "Abcnews"a istinadla xəbər verir ki, ölən 2 günlük körpənin anasında COVID-19 testləri müsbət çıxmışdı. Mütəxəssislər körpənin yeni növ koronavirusa yoluxma səbəbini anasında həmin xəstəliyin müsbət çıxması olduğunu söyləyiblər. Məlumat üçün deyək ki, ABŞ-da 1milyon 500 min nəfər koronavirusa yoluxub, 93 min 863 nəfər isə dünyasını dəyişib. Dünyada isə 5 milyon 212 min 172 nəfər yeni növ koronavirusa yoluxub, 334 min 915 nəfər dünyasını dəyişib, 2 milyon 93 min 466 nəfər isə sağalaraq evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top