Paksitanda qəzaya uğrayan təyyarədə 97 nəfərin öldüyü təsdiqləndi - VİDEO - YENİLƏNİB​


Pakistana aid sərnişin təyyarəsi Karaçi şəhərində qəzaya uğrayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Pakistanın Karaçi şəhərində qəzaya uğrayan təyyarədə 97 nəfər dünyasını dəyişib, 2 nəfər isə yaralanıb. Verilən məlumatlara görə, təyyarə bir neçə dəfə enməyə cəhd etsə də buna müvəffəq ola bilməyib və yaşayış məntəqəsində düşüb. Faktla bağlı araşdırma aparılır


***15:25
Pakistana aid sərnişin təyyarəsi Karaçi şəhərində qəzaya uğrayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, təyyarə Karaçi şəhərində yerləşən Cinnah hava limanı yaxınlığındakı yaşayış məntəqəsinə düşüb. Hadisə nəticəsində bir neçə evə ziyan dəyib. Təyyarədə 12 uçuş heyəti ilə birgə 85 nəfərin olduğu bildirilir. Hazırda hadisə yerində xilasetmə işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top