Yəməndə tibb sahəsi üzrə mütəxəssis çatışmazlığı var


Yəmənin Səhiyyə naziri Nasir Baum Avropa Birliyinin səfiri Hanz Qrundberqlə görüşdə ölkədəki böhranın səbəblərindən danışıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fransa və Hollandiya səfirlərinin də olduğu görüşmədə Baum, ölkədəki böhran haqqında məlumat verib.
Nazir, xəstəliklərin təyin olunması və tibb işçilərinə dəstək üçün xaricdən tibbi personalın göndərilməsini istəyib. 
Dünyanın ən kasıb ölkələrindən olan Yəməndə təxminən 5 ildir davam edən vətəndaş müharibəsi böhrana səbəb olub. 
Təmiz su çatışmazlığı, qidalanma, dərman və tibbi ləvazimat azlığı kimi səbəblər ölkədə xoleriya başda olmaqla, digər epidemik xəstəliklərin yayılmasına şərait yaradır.
Qeyd edək ki, BMT-nin açıqlamasında Yəməndə 22 milyondan çox insanın köməyə və qorunmağa ehtiyacı olduğunu bildirir. 
Məlumat üçün deyək ki, Yəməndə yeni növ koronavirusdan dünyasını dəyişənlərin sayı 33, yoluxanların sayı isə 197 nəfərə çatıb. Sözügedən rəqəmlər sadəcə hökumətin nəzarəti altında olan bölgələri əhatə edir. 
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top