Karantin dövründə nə qədər benzin və dizel istehsal olunduğu AÇIQLANDI


Bu ilin aprel ayında Azərbaycanda 62,3 min ton avtomobil benzini, 172,7 min ton dizel yanacağı istehsal edilib.
Yeniavaz.com
-un açqılanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, mart ayı ilə müqayisədə benzin istehsalı 45,2%, dizel istehsalı isə 8,2% azalıb.
Qeyd edək ki, mart ayında Azərbaycanda 113,8 min ton avtomobil benzini, 188,1 min ton dizel yanacağı istehsal edilib.
Onu da qeyd edək ki, aprel ayında pərakəndə ticarət şəbəkələrində 145,7 milyon manatlıq benzin və dizel satılıb. Bu göstərici də mart ayı ilə müqayisədə 24,6 milyon manat (14,4%) az olub.

DİGƏR XƏBƏRLƏR

Top