Koronavirusdan sağalan şəxs yenidən virusa yoluxa bilərmi? – RƏSMİ AÇIQLAMA


"Koronavirusdan sağalan şəxsin yenidən virusa yoluxma ehtimalının olub-olmasını yoxlamaq üçün xüsusi eksperiment lazımdır".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunu dəqiq bilmək üçün uzun zaman lazım olduğunu bildirdi:
“Bu suala doğru cavab vermək üçün xüsusi test keçirtmək lazımdır. Yəni, xəstəliyə yoluxan insanlar sağaldıqdan sonra onların qanındakı anticismə baxaraq vəziyyətlərini izləmək lazımdır. Çünki, bilməliyik ki, həmin anticimslər davam edirmi, qalırmı, qalırsa onlar qoruyucu funksiya daşıyırmı. Bunun üçün də uzunmüddət vaxt lazımdır. Lakin indiki vəziyyətdə hər kəs koronavirusla mübarizə aparır. Buna görə də belə eksperiment aparmaq çətindir”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top