Karantin dövründə Azərbaycan əhalisi nə qədər kasıblayıb? - RƏSMİ AÇIQLAMA + MƏBLƏĞ


Açıqlanan ilkin məlumatlara görə, 2020-ci ilin aprel ayında ölkə əhalisinin nominal gəlirləri bu ilin mart ayına nisbətən isə 24,6% azalıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin aprel ayında əhalinin gəlirləri 3 milyard 703,2 milyon manat olub. Hər bir nəfərə düşən gəlir orta hesabla 371,8 manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu ilin mart ayında əhalinin gəlirləri 5 milyard 141 milyon manat, hər bir nəfərə düşən gəlir isə orta hesabla 516,2 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top