Camal Qaşıqçının ailəsi qatilləri bağışladıqlarını açıqladı


Camal Qaşıqçının oğlu Salah Qaşıqçı sosial şəbəkə vasitəsilə atasının qatillərini bağışladıqlarını söyləyib. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Salah Qaşıqçı Səudiyyə Ərəbistanında bir yerdə yaşadığı ailəsi ilə birgə atasının qatillərini bağışladığını açıqlayıb. O, bu barədə məlumatı öz "Twitter" hesabından paylaşıb. Quran ayəsi ilə fikirlərini izah edən Qaşıqçı öz ailəsi ilə birgə bu qərara gəldiklərini söyləyib.
Qeyd edək ki, Salah Qaşıqçı atasının öldürülməsi ilə bağlı Kral Salman bin Abduləzizin ona başsağlığı verərkən çəkilən həyəcanlı görüntüləri ilə yadda qalmışdı.
Xatırladaq ki, 2 oktyabr 2018-ci ildə Camal Qaşıqçı evlilik işləri ilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna daxil olub və həmin gündən etibarən ondan heç bir xəbər alınmayıb. Növbəti aylarda Qaşıqçının öldürülməsi barədə detallar ictimaiyyətlə paylaşıldı ancaq, cəsədin harada olduğu ilə bağlı heç bir məlumat verilmədi. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top