Rusiyada sutka ərzində rekord sayda koronavirusa yoluxma halı qeydə alındı


Rusiyada yeni növ koroanvirusdan ölən və yoluxanların sayı artıb.
Yeniavaz.com
"Ria.ru"ya istinadla xəbər verir ki, Rusiyada son 24 saatda 8849 nəfər yeni növ koronavirusa yoluxub, 127 nəfər isə həmin pandemiya səbəbilə dünyasını dəyişib. Rusiyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə COVID-19- səbəbilə ölənlərin sayı 3099 nəfər, ümumi yoluxanların sayı 317 min 554 nəfərə çatıb. Bu günə qədər həmin pandemiyadan sağalaraq evə buraxılanların sayı isə 92 min 681-dir. Pandemiya səbəbilə ölüm və yoluxma hallarının ən çox qeydə alındığı şəhərin isə Moskva olduğu bildirilib. Qeyd edək ki, bu günə qədər dünyada 5 milyon 103 min 350 nəfər yeni növ koronavirusa yoluxub, 329 min 925 nəfər dünyasını dəyişib, 2 milyon 34 min 226 nəfər isə həmin xəstəlikdən sağalaraq evə buraxılıb.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top