Apreldə ərzağa, geyimə, benzinə və dərmana nə qədər pul xərcləmişik? – SİYAHI + MƏBLƏĞ


Bu ilin aprel ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində əhaliyə 1 milyard 328,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclənən vəsait ötən ilin aprel ayı ilə müqayisədə 7,8% və ya 95,9 milyon manat çox olub.
Bundan başqa aprel ayı ərzində pərakəndə ticarət şəbəkələrində əhaliyə 61,9 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 7,2 dəfə və ya 385,5 milyon manat az olub.
Bu ilin apreldə 57,7 milyon manatlıq əczaçılıq və tibbi malları satılıb ki, bu da 2019-cu ilin aprel ayı ilə müqayisədə 81% və ya 25,9 milyon manat çox olub.
Apreldə satılan avtomobil yanacağının dəyəri isə 134,9 milyon manat olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə satılan avtomobil yanacağı 6,8% və ya 9,8 milyon manat azalıb.

DİGƏR XƏBƏRLƏR

Top