Avroviziyanın 2021-ci ildə keçiriləcəyi yer müəyyənləşib


“Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi 2021-ci ildə Rotterdamda keçiriləcək.

Bu barədə tədbirin təşkilatçıları məlumat veriblər. 

Şənbə günü təqdim olunan "Europe shine a light" adlı şou 46 ölkəyə translyasiya olunub. Bildirilib ki, növbəti il keçiriləcək müsabiqədə yeni mahnılar tələb ediləcək. 

Qeyd edək ki, 65-ci “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsinin mayın 16-da Niderlandın Rotterdam şəhərində keçirilməli olan final mərhələsi COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınıb.

Xatırladaq ki, Azərbaycanı bu müsabiqədə Samira Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edirdi.//APA

DİGƏR XƏBƏRLƏR

Top