4 yaşlı qız və atasından maraqlı "evdə qal" mahnısı - VİDEO


Atanın ideyasını 4 yaşlı qızı gerçəkləşdirib.

Sosial şəbəkələrdə balaca qız və atasının “Evdə qal” mahnısı hər kəsin marağına səbəb olub.
Yeniavaz.com-un əməkdaşı həmin ailənin evində olub və bu mahnının necə yarandığı ilə maraqlanıb.
Mingəçevir sakini olan 33 yaşlı bəstəkar Elçin İsmayılov bu mahnını azyaşlı qızı ilə birlikdə hazırladığını deyir. O bildirir ki,4 yaşlı qızı Ayçin İsmayılova atasının istəyini reallaşdırıb.
E.İsmayılov bildirir ki, bu ifa ilə karantin günlərində övladının timsalında digər uşaqları da evdə qalmağa səsləyib.
Qeyd edək ki, böyüklərin ifasında karantin günlərində “Evdə qal” mahnısı səslənsə də azyaşlının uşaqlar üçün oxuması bir ilkdir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top