Bu il ÜST-ə hansı dövlət nə qədər pul ianə edəcək? - SİYAHI


ABŞ-ın bu il Ümumdünya Səhiyyə Təşkilatını ayıracağı ianənin həcmi kəskin şəkildə azalacaq. 
Yeniavaz.com xəbər verir ki, daha əvvəl ABŞ ÜST-ə 122,6 milyon dollar yardım etməyi nəzərdə tutsa da, bu məbləğ 57,9 milyon dollar səviyyəsinə endirilib.
Məlumat üçün bildirək ki, bu azalmaya baxmayaraq ABŞ yenə də ÜST-ə ən çox maliyyə yardımı edən ölkə olacaq.
Bu il ÜST-ə ümumilikdə 246,8 milyon dollar yardım ediləcəyi gözlənilir. Ən çox yardım edəcək ölkələr isə bunlardı:
ABŞ – 57,9 milyon dollar
Çin -  28,7 milyon dollar
Yaponiya – 20,5 milyon dollar
Almaniya – 14,6 milyon dollar
Böyük Britaniya – 10,9 milyon dollar
Fransa – 10,6 milyon dollar
İtaliya – 7,9 milyon dollar
Braziliya – 7,1 milyon dollar
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını sərt tənqid edərək bildirib ki, biz keçən il ÜST-ə 452 milyon dollar pul vermişdik: “Çin isə sadəcə 42 milyon dollar verimşdi. Əvvəlki illərə baxdığımızda nəticələr yenə eynidir. ÜST-ün əsas qayəsi hər kəsə eyni münasibət göstərməkdir. Amma biz bunu görə bilmirik. Bu barədə araşdırma aparıb, mövzu ilə bağlı yeni qərarlar verəcəyik".
 

DİGƏR XƏBƏRLƏR

Top