İstanbul erməni patriarxlığı Ərdoğan haqqında yazdığı məlumatı sildi - FOTOFAKT


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul erməni patriarxı Saak Maşalyana zəng edərək koronavirus pandemiyası səbəbindən erməni icmasına və Ermənistana dəstək verə biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat İstanbul erməni patriarxlığının “Facebook”dakı “Պատրիարքութիւն Հայոց – Ermeni Patrikligi” adlı hesabında paylaşılıb. Paylaşılan məlumatda qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla mübarizə məqsədilə başladılan “Biz Bize Yeteriz Türkiyem” kampanyasına dəstək verdikləri üçün erməni icmasına təşəkkür edib. Yayılan məlumatda həmçinin qeyd olunur ki, Ərdoğan Ermənistan vətəndaşlarının Türkiyədən Ermənistana qaytarılması prosedurunun sadələşdirildiyini və  Ermənistana dərman şəklində kömək göstərməyə hazır olduğunu bildirib.
Məlumat üçün bildirək ki, bu məlumat Ermənistan mətbuatında yayıldıqdan sonra İstanbul erməni patriarxlığının “Facebook” hesabı bağlanıb. Lakin, İstanbul erməni patriarxlığının rəsmi veb-səhifəsi olan “turkiyeermenileripatrikligi.org” saytında rəsmi sosial şəbəkə hesabı olaraq hələ də “Պատրիարքութիւն Հայոց – Ermeni Patrikligi” göstərilir.

Onu da bildirək ki, Türkiyə Prezidentinin mətbuat xidmətindən açıqlanan məlumatda Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul erməni patriarxı Saak Maşalyana zəng etdiyi təsdiqlənib. Rəsmi məlumatda bildirilir ki, aprel ayının 8-də Prezident Rəcəb Tayyib Ərdoğan “Milli Dayanışma” kampaniyasına dəstək verdikləri üçün Fənər Rum Patriarxı Bartolomeosa, İstanbul-Ankara Süryani Kilsəsi Metropoliti Mor Filüksinos Yusuf Çetinə, Türkiyə Yəhudiləri Hahambaşı İsak Haleva, Türkiyə erməniləri Patriarxı Saak Maşalyan və Türk-Yəhudi Cəmiyyəti Başçısı Erol Kohenə zəng edib.
 A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top