"Adına torpaq olanlar yardımdan kənarda qalır, buna təkrar baxılmalıdır" - Deputat


“Bizdə daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyənlərdir”.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən millət vəkili Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, həmin şəxslər həm öz günahları, həm də bəzi qurumlarının günahı üzündən işsiz kimi də heç yerdə qeydiyyatda deyillər: “Bu gün həmin insanlar yardımdan kənarda qalır. Həmin yardım gündəlik 5-10 manat qazanan insan üçün çox vacibdir. Eyni zamanda adına torpaq olan şəxslər də bu yardımdan kənarda qalır. Bu məsələyə də təkrar baxılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top