ÜST: "Əgər peyvənd 18 aya hazırlanacaqsa, virusun bitəcəyi tarix..."


Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun bitəcəyi tarixlə bağlı açıqlama verib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristinan Lindmeyer COVİD-10-un bitməsinin peyvənd və dərman hazırlanmasına bağlı olduğunu bildirib. Onun sözlərinə görə, yeni növ koronavirusun bitəcəyi tarixlə bağlı təxmini belə olsa söz demək olduqca çətindir: "Bilirsiniz ki, peyvəndin hazırlanması 12-18 aya başa çatacaq. Bunların istehsal edilməsi üçün nə müəyyən qədər vaxt lazım olacaq. Belə olan təqdirdə virusun bitəcəyi tarix barədə heç nə demək mümkün deyil. İlk mərhələdə istədiyimiz koronavirus xəstələrinin tam sağalmasına müvəffəq olmaqdır. Təhlükəli xəstəliyin bütün dünyada yox olması isə sonrakı hədəflər sırasında olacaq". 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top