Ruhani: "Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq"


İran Prezidenti Həsən Ruhani Tehranda keçirilən Nazirlər Şurasının iclasında koronavirusa qarşı mübarizənin ikinci mərhələsinə başladıqlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, İran prezidenti bu mərhələnin əvvəlkindən daha çətin olacağını bildirib.
O, aprelin 11-də ölkədə bəzi müəssisələrin fəaliyyətini bərpa edəcəyini qeyd edib.
Koronavirusa qarşı mübarizə aparmaq üçün çörəyin, işığın və qazın lazım olduğunu vurğulayan Ruhani deyib ki, bütün ehtiyacları nəzərdən keçirməliyik.
Ruhani Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət edərək, ayrı-seçkilik etmədən ABŞ-ın qarşısını almağa çalışdığı beş milyard dollarlıq krediti İrana verməsini istəyib.

DİGƏR XƏBƏRLƏR

Top