Bu ölkədə karantin qaydalarını pozanlara "adam öldürmək" maddəsi ilə cinayət işi açılacaq


Tunisdə koronavirusa yoluxan şəxslər karantin qaydalarını pozduqları halda cinayət məcəlləsinin "adam öldürmək" maddəsi ilə məhkəməyə verilə bilər.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, bu barədə məlumatı mediaya açıqlamasında ölkənin Daxili İşlər Naziri Hişam Əl-Meşişi deyib. O bildirib ki, xəstəliyə yoluxan şəxs Səhiyyə Nazirliyinin təlimatlarına uyğun olaraq özünü karantinə almırsa və başqa birinə yoluxdurursa həmin şəxslər cinayət məcəlləsinin müvafiq maddələri ilə cazalanacaq. Ancaq bu yoluxdurma ölümlə nəticələnərsə, xəstəliyin daşıyıcısına "adam öldürmə" maddəsi ilə cinayət işi qaldırılacaq. Əl-Meşişi belə kəskin qərarlar almaqda məqsədlərinin xalqı qorumaq olduğunu bildirib.
Qeyd edək ki, Tunisdə virusa yoluxanların sayı 623, həyatını itirənlərin sayı isə 23 nəfərdir. 
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top