Milli Televiziya və Radio Şurasının yeni sədri kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün baş tutan iclasında İsmət Rəcəb oğlu Şuranın yeni sədri seçilib.
Yeniavaz.com
xəbər verir ki, İsmət Rəcəb oğlu Səttarov iki gün əvvəl Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
Məlumat üçün bildirək ki, Səttarov İsmət Rəcəb oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2000- 2004-cü illərdə bir neçə bankda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub, 19.09.2016-cı il tarixindən indiyədək ARB Media Qrupun rəhbəri, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top