8103 qısa nömrəsinə nə qədər SMS göndərildiyi açıqlandı

Evdən çıxmaq üçün SMS vasitəsilə icazə alan vətəndaşların sayı açıqlanıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib ki, bunlardan da təqribən 833 mini, yəni 58 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. 

SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top