ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı daha da artıb.

Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 300 915 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, ölkədə 14 459 nəfər COVID-19 infeksiyasından sağalıb.

ABŞ-da koronavirus qurbanlarının sayı isə 8 162 nəfər təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.//Report

DİGƏR XƏBƏRLƏR

Top