Yeni doğulmuş əkiz körpələrə "Covid" və "Corona" adı verildi


Hindistanda yeni doğulmuş əkiz körpələrə "Covid" və "Corona" adı qoyulub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı ana verdiyi açıqlamada körpələrin adlarının müvəqqəti olaraq qalacağını daha sonra isə dəyişdiriləcəyini bildirib. 
"Əslində, virusun həyati təhlükəsi çoxdur, lakin epidemiya insanları sanitariya, gigiyena və digər yaxşı vərdişlərə yönəltdi. Buna görə də bu adları düşündük. Hətta xəstəxana işçiləri də körpələri bu adlarla xatırlayırdı"- deyə, ana əlavə edib.
Qeyd edək ki, əkiz körpələrin biri qız, digəri oğlandır.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top