Pakistanda vaqonlar karantin mərkəzlərinə çevrilir


Pakistanda koronavirus pandemiyası ilə əlaqədar olaraq vaqonlar karantin mərkəzlərinə çevrilir.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, bununla bağlı ölkənin Dəmir Yolları Naziri Rəşid Əhməd bildirib. Nazir qeyd edib ki, bəzi stansiyalarda vaqonlar karantin mərkəzinə çevriləcək və bu vaqonlar lazımi tibbi avadanlıqla təchiz olunacaq. O bu qərarı koronavirus səbəbilə səhiyyə sistemində çatışmazlıqların qarşısını almaq üçün atdıqlarını qeyd edib.
Xatırladaq ki, Pakistanda koronavirusa yoluxanların sayı 2684, ölənlərin isə 40 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top