Koronairusun ən təhlükəli təsirlərindən biri açıqlandı - "Bu baş verəndə heç nə edə bilmirik"


Koronavirusun insan orqanizminə ən təhlükəli təsirlərindən biri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, ABŞ-lı nevroloq Elissa Fory "New York Times"a yeni növ koronavirusla bağlı yeni ortaya çıxan məlumatları açıqlayıb. O bildirib ki, nadir hallarda olsa da bəzi xəstələrdə COVID-19 ağciyərlərdən başqa, insan beynini də zədələyir. Həmin şəxslərin reaksiya və danışmaq qabiliyyətlərində problemlər baş qaldırır. 74 yaşlı bir xəstədə ortaya çıxan həmin simptomlar sonrasında beyində hüceyrə ölümü və anormal şişlərin baş qaldırdığı müşahidə edilib. Nevroloq bildirib ki, bu əlamət çox təhlükəlidir:
"Ağciyər zədələnəndə xüsusi aparatlar qoşaraq xəstəni həyatda tutmağa çalışırıq. Ancaq beyində ortaya çıxan həmin zədələr üçün edə biləcəyimiz bir şey qalmır". 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top