Keçmiş məhkumun evindən 5 kiloqramdan çox heroin götürülüb


Binəqədi qəsəbə sakini E.Əliyevdən 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top