İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı


COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu təkcə ağciyərlərdə çoxalmır, yuxarı yənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.  

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, alman və ingilis elm adamları uzun araşdırmadan sonra bu qənaətə gəliblər. Mütəxəssislər, COVID-19 pandemiyasının doqquz əsas təhlilini aparıblar.  Belə ki, hər bir xəstənin badamcığından olan nümunələrində, ilk həftə ərzində virusun miqdarı yüksək idi.
Bundan əlavə, COVID-19-a yoluxan xəstələrin həm yuxarı tənəffüs yollarında, həm də ağciyərlərində SARS-CoV-2-nin fərqli ştamları aşkar edilmişdir ki, bu da onların bir-birlərindən fərqli olaraq müstəqil inkişaf etdiklərini göstərir.

DİGƏR XƏBƏRLƏR

Top