Koronavirusa görə Suriyada bu ərazi karantinə alındı


Əsəd rejmi, Suriyada İranın dəstəklədiyi silahlı qrupların və onaların ailələrinin sıx yaşadığı Seyiddə Zeynəb bölgəsini koronavirus pandemiyası (COVİD 19) ilə əlaqədar olaraq karantinə alıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, ölkədə Seyiddə Zeynəb bölgəsi, Mineyin bölgəsindən sonra karantinə alınan ikinci yer olub. Əsəd rejimi Suriyada koronavirus səbəbilə 2 nəfərin öldüyünü, 16 nəfərin isə bu virusa yoluxduğunu açıqlayıb. Bununla bağlı ölkədə xüsusi karantin rejimi də tətbiq olunub. Belə ki, növbəti həftədən saat 12:00-06:00 arası küçəyə çıxmaq qadağan olunub.

DİGƏR XƏBƏRLƏR

Top