Gəncədə karantin rejimini pozanlar cərimələndi


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir. DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, şəhər ərazisindəki yanacaq doldurma məntəqələrinə xüsusi karantin rejimlərinin tələblərinin icrasına nəzarət məqsədilə reyd təşkil edilib. Reyd zamanı bir neçə yanacaq doldurma məntəqəsində müştərilərə xidmət göstərən zaman yaxın təmasda olan personalların xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb. Aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top