Azərbaycan neftinin qiymətindən tarixi anti-rekord – Mayasından ucuz satılır - SON QİYMƏT


Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün 2,9 dollar ucuzlaşaraq 19,2 dollara düşüb.
Yeniavaz.com  dövlət xəbər agentliyinə istinadən bildirir ki, “Azeri Light" markalı neft tarixi ərzində heç vaxt bu səviyyıyə düşməyib. "Azeri Light" markalı  neftinin qiyməti sonuncu dəfə 19 il əvvəl - 2001-ci ilin dekabr ayında ən aşağı səviyyəyə düşüb. 2001-ci ilin dekabr ayında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 19,15 dollar olub. "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Qeyd edək ki, Azərbaycanda hasil olunan xam neftin maya dəyəri ilə bağlı sonuncu məlumat 2018-ci ilə aiddir. 2 il əvvəl SOCAR-ın açıqladığı hesabatda qeyd olunur ki, şirkətin balansında olan yataqlarda 1 ton neftin maya dəyəri 117 manat 92 qəpikdir. Bu isə o deməkdir ki, 2 il əvvəl SOCAR-ın hasil etdiyi 1 barel neftin maya dəyəri təxminən 16 dollar təşkil edib. Son 2 ildə artan xərcləri nəzərə alasaq ehtimal etmək olar ki, hazırda neftin mayə dəyıri 16 dollardan yüksəkdir. 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top