Azərbaycanda 17 yaşlı tələbə qəfil vəfat etdi - FOTO


Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib.
Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top