Hamilə qadınların nəzərinə! – Koronavirusa yoluxmamaq üçün bu 15 qaydaya əməl etmək vacibdir


Bütün dünyanı öz cənginə alan koronavirus epidemiyası sürətlə yayılmağa davam edir. Bu virusda əsas risk faktorları yaşlı nəsil olmasına baxmayaraq, son zamanlar yeni doğulmuş körpələrdə və hamilə qadınlarda da rast gəlinir. Bəs qadınlar hamiləlik dövründə nələrə diqqət etməlidirlər?
Yeniavaz.com xəbər verir ki, türkiyəli mütəxəssis Dr. Məryəm Kürek Eken hamilə qadınların koronavirusdan qorunması üçün 15 vacib məqamı açıqlayıb:
- Əsas gigiyena qaydalarına əməl edin və əllərinizi tez-tez yuyun;
- Olduğunu yerləri tez-tez havalandırın və uzun müddət qapalı vəziyyətdə qalmayın;
- Məcburi olmadığı müddətdə, evdən çıxmayın.  Çıxdığınız təqdirdə isə kənar insanlarla əlaqə qurmayın;
- İctimai nəqliyyatdan istifadə etməyin;
- Şəxsi əşyalarınızı (dəsmal, mobil telefon, eynək, kosmetik vasitələr və s.) heç kimə verməyin;
- Mütəmadi və sağlam şəkildə qidalanın. Hamiləliyin tələb etdiyi qida və qida əlavələrinə diqqət yetirin;
- Gün ərzində 2 litr su qəbul edin;
- Hər hansı bir səthlə təmasdan sonra əllərinizi ən azı 20 saniyə yuyun, qəti şəkildə əllərinizi ağız, burun və gözlərinizə toxundurmayın;
- İmmunitet sisteminizi gücləndirin;
- Aranızda müəyyən bir məsafə olsa belə, qrip, infeksiya, öskürək və s. olan insanlarla görüşməyin;
- İnsanların çox olduğu məkanlardan uzaq olun və belə yerlərdə mütləq virusdan qoruyan maska və əlcək taxın;
- Səyahətlərinizi təxirə salın, istər avtomobil, istərsə də digər nəqliyyat növü ilə;
- Bütün sosial fəaliyyətləri təxirə salın;
- Koronavirusla bağlı çıxan xəbərlər, narahatlıq və şübhə doğuran mənfi duyğulardan mümkün qədər uzaq olun;
- Heç bir elmi əsası olmayan, həkimlər və səlahiyyətli şəxslər tərəfindən edilməyən xəbərdarlıq və tədbirlərə fikir verməyin, çünki bu müddətdə sağlam bir psixologiyanızın olması çox vacibdir.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top