ABŞ-da yeni koronavirusun səbəb olduğu xəstəlikdən bir gün ərzində 700-dən çox insan ölüb.
Bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan CNN teleşirkəti bildirib.
Qeyd edilir ki, bir gün ərzində Birləşmiş Ştatlarda 770 nəfər epidemiyanın qurbanı olub. ABŞ-da COVD-19 infeksiyasından ölənlərin sayı 3 774 nəfərə çatıb.
Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 36 405, yoluxanların sayı 750 890 nəfərdir.
Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. //Report