Moskvada COVID-19 diaqnozu qoyulmuş daha beş xəstə ölüb.
Bu barədə Moskvadakı koronavirusla əlaqədar yaradılmış operativ qərargahdan bildirilib.
“Moskvada pnevmoniya və koronavirus nəticəsi müsbət olan beş xəstə öldü. Koronavirusdan ölən həmin şəxslər 61-74 yaşları arasındadır və paralel olaraq digər xəstəliklərdən də əziyyət çəkiblər”, - məlumatda belə deyilir.