Türkiyədə daha 46 nəfər koronavirusdan ölüb


Türkiyədə koronovirusdan ölüm sayı 214 nəfərə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında koronavirus haqqında gündəlik məlumat verən sistemin məlumatlarında bildirilib.

Qeyd olunub ki, bu gün 46 xəstə ölüb və son 24 saat ərzində 15 422 şəxs koronavirus testindən keçib. Bunlardan 2704-nün cavabı müsbət çıxıb. Sonuncularla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 243 nəfər müalicə olunub.

DİGƏR XƏBƏRLƏR

Top