Türkmənistanda “koronavirus” sözündən istifadə qadağan edildi


Sərhədsiz Jurnalistlər Birliyindən verilən məlumata görə Türkmənistanda hakimiyyət “koronavirus” kəliməsindən istifadəni qadağan edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkmənistan hakimiyyətinin bu üsulla ölkədəki yoluxma hallarını gizli tutmağa çalışığı iddia edilib.
Qeyd edək ki, rəsmi statistikaya əsasən Türkmənistanda koronavirusa yoluxma halı qeydə alınmayıb. Ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədov yaxın günlərdə müxtəlif viruslara qarşı ən effektiv yolun ənənəvi müalicə üsulları olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top