Koronavirus 9 gündə insanı hansı hala salır? - Gün-gün əlamətlər


Çindən yayılmağa başlayan yeni növ koronavirus səbəbilə dünyada ölənlərin sayı günbəgün artır.
Yeniavaz.com
xəbər verir ki, ölkəmizdə də yayılmağa başlayan bu virusun insan orqanizmində gün-gün hansı əlamətlərlə ortaya çıxıdığı açıqlanıb. Həmin simptomları sıra ilə təqdim edirik:
1-3 gün: Qripə bənzər simptomlar ortaya çıxmağa başlayır. Xəstələrdə hərarət artır, boğaz ağrısı başlayır. İlk günlərdə boğazağrısı olmaya bilir. İmmuniteti zəif olan insanlarda ürəkbulanma və ishal başlayır. Ancaq, xəstələr normal şəkildə yemək yeməyə davam edirlər. 
4-cü gün: Bu gündən etibarən xəstələrdə şiddətli boğaz ağrısı başlayır, səsləri tutulur. Bədən temperaturu 36,5 dərəcə olur. Yemək və ya içməkdə çətinliklərlər başlayır. Az-az baş ağrısı və ishal başlayır. 
5-ci gün: Vəziyyət ağırlaşır. Boğaz o qədər şiddəli ağrımağa başlayır ki, qidalanmaq olduqca çətinləşir. Səs tutlması artır. Bədənin hər hansı bir üzvünü, hərəkət etdirmək çətinləşir, güclü ağrı hiss edilir. Bütün bədəndə oynaq ağrıları güclənir. 
6-cı gün: Bədən temperaturu hələ də 37 dərəcə ətrafında olur. Boğaz ağrıları ilə birgə quru öskürək başlayır. Yatanda, danışanda, udqunanda boğaz ağrıyır. Güclü halsızlıq və ürək bulantısı baş qaldırır. Daha sonra təngnəfəslik başlayır. Oynaq ağrıları barmaqlara qədər çatır. İshal və qusma şiddətlənir.
7-ci gün: Bədən temperaturu 38 dərəcəyə qalxır. Şiddətli öskürək və balğam başlayır. Bütün bədənə yayılan ağrılarla birlikdə ishal və qusma ağırlaşır. 
8-ci gün: Təngnəfəslik daha da artır. Xəstə çətinliklə, tək-tək nəfəs almağa başlayır, sinədə ağırlıq hiss edilir. Öskürək, baş və digər ağrılar artaraq davam edir. Qızdırma 38-dən yuxarı qalxır. 
9-cu gün:  Sadalanan  bütün simptomplar ən ağır hala gəlib çatır.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top