"Başqa ölkələrdə dövlət vətəndaşa pul verir, bizdə vətəndaşdan pul yığılır" - Davudoğlu


Türkiyədə "Gelecek" partiyasının lideri Əhməd Davudoğlu hökuməti tənqid edib.
Yeniavaz.com tr24.com.tr-yə istinadla xəbər verir ki, Əhməd Davudoğlu ölkə prezidenti Rəcəp Tayyip Ərdoğanın koronavirusla mübarizəyə görə başlatdığı yardım kampaniyasını hədəf alıb. Davudoğlu öz "Twitter" hesabından belə deyib:
"Millətimiz fədakardır. Ehtiyac olduqca təkcə malını deyil, canın belə verə bilər. Tariximiz bunun nümunələri ilə doludur. Ancaq, Başqa ölkələrdə koronavirusa görə dövlət vətəndaşa pul verir, bizdə vətəndaşdan pul yığılır, bu işdə bir  tərslik yoxdurmu?".
Qeyd edək ki, bir neçə gün əvvəl "İYİ" partiyasının lideri Maral Akşenər də Türkiyə hökumətinin koronavirusa görə vətəndaşlardan pul yığılmasını hədəfləyən yardım kampaniyasını tənqid etmişdi. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top